Azərbaycanda 2 nəfər qarayaraya tutulub

Sabirabadda iki nəfər qarayara xəstəliyinə tutulub.
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, 2 nəfər Sabirabad sakini 34 və 26 yaşlarında kişi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:
“Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb”.
Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.

  DİGƏR XƏBƏRLƏR