Azərbaycanda küçədə vəhşilik – İti belə güllələdilər – VİDEO

Sumqayıt şəhərində iti küçədə güllələyiblər.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Hadisənin görüntülərini redaksiyamıza göndəriblər. Videodan da, göründüyü kimi maşınla hərəkət edən şəxslər odlu silahla küçədə itlərə atəş açıblar.

Məsələ ilə əlaqədar Sumqayıt sakinləri BAKU.WS-ə bildirdilər ki, bu hal bir neçə dəfə baş verib.

Mədinə Məmmədova adlı vətəndaş BAKU.WS-ə bildirib ki, həmişə bununla bağlı şikayət ediblər. Lakin Mehman adlı şəxs küçə itlərini güllələməyə davam edir.

  DİGƏR XƏBƏRLƏR