Azərbaycanda nəsli tükənməkdə olan nadir heyvanlar – ADLAR

Təbiəti heyvanlarsız və bitkilərsiz təsəvvür etmək olmaz. Onlar təbiətin bilavasitə bəzəyi hesab olunur. Ancaq elə heyvanlar var ki, onlar vaxtilə çoxluq təşkil etsələr də, hazırda nəsli tükənir. Hətta elələri də olur ki, nadir hesab edildiyindən adları “Qırmızı kitab”a düşəcək dərəcədə azlıq təşkil edir.

Modern.az bu heyvanların bəzi növlərinin adlarını AMEA-nın  Zoologiya İnstitutunun mütəxəssislərindən soruşub.

Zoologiya İnstitutunda quşları tədqiq edən qrupun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov bildirib ki, məməlilər sinfindən nəsli azalanlar  yarasalardır ki, onlardan xeyli növü hazırda “Qırmızı kitab”a düşüb:

“Quşlardan 72 növü bu kitaba daxil olub. Sayları  isə cürbəcürdür .Eləsi var ki, çoxsaylıdır. Bizim ölkədə hardasa 200 mini qışlayır. Bu quşlar dünyada “Qırmızı kitab”ın siyahısındadır və çoxalma yerlərinə görə çox azlıq təşkil edir. Sadəcə, böyük bir ərazidən uçaraq bizim ölkəyə gəlirlər, kiçik bir ərazidə qışladıqlarına görə, bizə elə gəlir ki, çoxdurlar. Məsələn, bizim ölkədə 10-50 min dəstə quşa rast gəlinirsə, Ukraynada 3-5 dəstə olar, ya olmaz. Bu quşlardan yəni 72 növdən 35 növü həm dünya “Qırmızı kitab”ına, həm də Azərbaycanın “Qırmızı kitab”na düşüb. Yerdə qalan 37 növ isə yalnız Azərbaycanın ‘Qırmızı kitab”na daxil olan nadir quşlardır. Onlardan qırmızılələk qutan, qırmızıdöş qaz, ağqaş qaz, mərmər cürə, ağgöz dalğıc və s-dir ki, bunlar nadir tapılan quşlara aiddir ”.

Zoologiya İnstitutunun quru onurğalılar labarotoriyasının müdiri , biologiya üzrə elmlər doktoru Qiyas Quliyev deyir ki, ayılar igər heyvanlarla nisbətdə çoxluq təşkil edir:

“Suda və quruda yaşayan heyvanlardan 6 növü “Qırmızı kitab”a düşüb. Sürünənlərdən 14 növ, məməlilərdən isə 42 növü nadir incilərdən hesab olunur. Onurğalı növlərdən isə ən prestijlilərdən 4 növü qeyd olunur. Onlardan bəbir, ceyran, vaşaq, flaminqonun adını çəkə bilərəm. Onu da bildirim ki, bu heyvanların nəsli demək olar ki, tükənir. Ən az növlər hesab olunur. Sayları olduqca azlıq təşkil edir”.

Zologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov qeyd edib ki, sürünən heyvanlardan 14 növü, amfibilərdən isə 6 növü  suda -quruda yaşayanlar qrupunda nadir hesab edilir və nəsli tükənməkdədir deyə adları “Qırmızı kitab”a düşüb.

Amfibilər: Adi kiçik triton, korelin tritonu, Qafqaz qurbağası, Qafqaz quru qurbağası,Talış quru qurbağası, Şərqi ağac qurbağası.

Sürünənlər: Aralıq dəniz tısbağası, xarabalıq kələzi, yovşanlıq girdəbaşı (əsasən “Qırmızı kitab”da adı bu cür qeyd olunur), qızılı parlaq kərtənkələ, zolaqlı çılpaqgözü,  Asya çılpaqgözü, ilan təlxəsi, Cənubi Qafqaz təlxəsi, adi qonur ilan, oxvari qumluq ilan, Urartu təlxəsi, dağ gürzəsi, Şamaxı gürzəsi.
Bu suda-quruda yaşayan sürünənlərin hamısı hazırda “Qırmızı kitab”da təmsil olunur.

  DİGƏR XƏBƏRLƏR