Azərbaycanda psixi xəstə olan kişilər qadınlardan çoxdur – RƏSMİ

Azərbaycanda son 5 il ərzində psixi və davranış pozuntuları olan (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna olmaqla) xəstələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdirinin müavini Leyla Kərimova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, son 5 ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 22 406 nəfərdir.

L.Kərimovanın sözlərinə görə, onlardan 15 476 nəfərini kişilər, 6 930 nəfərini qadınlar təşkil edib. Komitə rəsmisinin verdiyi məlumata görə, son 5 ildə 0-17 yaş aralığında ilk dəfə bu diaqnoz qoyulan xəstələrin sayı 6908 nəfər, 18-29 yaş aralığında olan xəstələrin sayı 7598 nəfər, 30 yaş və yuxarı yaşlıların sayı 7900 nəfərdir.

Müdir müavini qeyd edib ki, 2014-cü ildə 4276 nəfərə, 2015-ci ildə 5107 nəfərə, 2016-cı ildə 3863 nəfərə, 2017-ci ildə 5186 nəfərə, 2018-ci ildə isə 3974 nəfərə ilk dəfə psixi və davranış pozuntuları diaqnozu qoyulub.

L.Kərimova deyib ki, 2014-cü ildə  müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində olan xəstələrin sayı 102807 nəfər, 2015-ci ildə 96 079 nəfər, 2016-cı ildə 96 848 nəfər, 2017-ci ildə 100806 nəfər, 2018-ci ildə isə 102560 nəfər təşkil edib:

“Onlardan 2014-cü ildə 73735 nəfərini kişilər 29072 nəfərini qadınlar, 2015-ci ildə 68510 nəfərini kişilər 27569 nəfərini qadınlar, 2016-cı ildə 68803 nəfərini kişilər 28045 nəfərini qadınlar, 2017-ci ildə 71606 nəfərini kişilər 29200 nəfərini qadınlar, 2018-ci ildə 72593 nəfəri kişilər, 29967 nəfərini qadınlar təşkil edib”.

Komitə rəsmisinin sözlərinə görə, 2014-cü ildə 0-17 yaş aralığında müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində olan xəstələrin sayı 9801 nəfər, 2015-ci ildə 9420 nəfər, 2016-cı ildə 9674 nəfər, 2017-ci ildə 9196 nəfər, 2018-ci ildə 9656 nəfər olub. 18-29 yaş aralığında olan xəstələrin sayı 2014-cü ildə 28396 nəfər, 2015-ci ildə 26499 nəfər, 2015-ci ildə 27251 nəfər, 2016-cı ildə 28485 nəfər, 2018-ci ildə 28207 nəfər olub. 30 və yuxarıda yaşlı xəstələr 2014-cü ildə 64610 nəfər, 2015-ci ildə 60610 nəfər, 2016-cı ildə 59923 nəfər, 2017-ci ildə 63125 nəfər, 2018-ci ildə 64697 nəfər təşkil edib.

  DİGƏR XƏBƏRLƏR