Azərbaycanda yüksək vəzifəli məmurun atası istirahətdə ikən qəfil öldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudova ağır itki üz verib.

Publika.az xəbər verir ki, nazirliyin yüksək vəzifəli əməkdaşının atası Şəfa Behbudov Qax rayonunda Kürmük çayının sahilində qəfil vəfat edib.

İlkin məlumata görə, Ağdam rayon sakini olan 69 yaşlı Ş.Behbudov istirahət zamanı ürək tutumasından dünyasını dəyişib.

  DİGƏR XƏBƏRLƏR