“BakuBus” avtobusu yolu qırmızı işıqda keçdi – ANBAAN VİDEO

Bakıda marşrut avtobuslarının sürücülərinin kobud qayda pozuntuları etməsi halları tez-tez qeydə alınır.

XəzərXəbər “avtosfer.az”a istinadən xəbər verir ki, bəzi hallarda nümunəvi şirkət kimi tanıdığımız “BakuBus” sürücüləri də qayda pozuntularına yol verir.

Belə hallarda biri bu gün Yasamal rayonu ərazisində Şərifzadə küçəsində qeyd alınıb.

14 saylı xəttin sürücüsü idarə etdiyi İveco ilə svetaforun qırmızı işığına məhəl qoymadan hərəkətinə davam edib.

“BakuBus” avtobusunun etdiyi kobud qayda pozuntusu ərazidə qəza şəraitinin yaranmasına səbəb olub.

  DİGƏR XƏBƏRLƏR