Brilliant Dadaşova bağ evini satıb? – “Xərci çoxdur”

Bu gün Xalq artisti Brilliant Dadaşovanın yeni bağ evi alması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az-ın əməkdaşı B.Dadaşova ilə əlaqə saxlayıb.

Xalq artisti yeni bağ evi alması xəbərini təsdiqləməsə də, öz bağını satışa çıxardığını bildirib:

“Yeni bağ evi almamışam, sadəcə dəyişdirmişəm. Buzovnada yerləşən bağ evimi isə satışa çıxarmışam. Mənə yaxşılıq etmək istəyirsənsə, kömək elə, onu satım (gülür). Qoy satdığımı hamı bilsin, gəlib bağı yaxşı qiymətə alsınlar. Satılandan sonra isə yenisini alacağam. Mən istər yayda, istərsə də qışda bağda qalmağı çox sevirəm. Amma təəssüf ki, burada qışda qalmağa imkan və şərait yoxdur. Çünki qışda qalsam, astarı üzündən baha çıxacaq. O qədər maddi vəsait ayırmaq da istəmirəm. Bir sözlə, xərci çoxdur”.

B.Dadaşovanın Buzovnadakı bağ evini hansı qiymətə satmasına gəlincə, Xalq artisti zarafata salıb, suala cavabdan yayınıb:

“Almaq istəsən, zəng edərsən, qiyməti deyərəm”.

  DİGƏR XƏBƏRLƏR