“Bununla onlar irəli getdiklərini düşünüblər” – Məşhur sayt millimizi ələ saldı

Məşhur ingilis saytı “Freesupertips” Azərbaycanın AVRO-2020-nin seçmə mərhələsində üzləşdiyi uğursuzluğu şərh edib.

“Yeni Sabah” xəbər verir ki, sayt millimizin məğlubiyyətinin səbəbinin müdafiədə olduğunu yazıb. Eyni zamanda komandann iştirak etdiyi hər oyunda qol vurmağının ona yeganə təsəlli olduğu qeyd edilib:

“Dörd oyundan sonra 0 xalda qalan Azərbaycan üçün seçmə mərhələ təbii ki, yaxşı keçmədi. Xorvatiya ilə ilk oyunda oynadıqları kimi bütün matçlarda da eyni cür oynadılar. Azərbaycan üçün ən müsbət məqam E qrupunda oynadıqları hər 4 matçda qol vurmaqları olub. Bununla onlar özlərinin irəli getdiyini düşünüblər. Bir zamanlar Xorvatiyada oynayan Yurçeviçin komandasında ciddi müdafiə səhvləri açıq-aşkar hamının gözü qarşısındadır. Bu problem Xorvatiya ilə oyunda da onlara təhlükəli olacaq, baş ağrısı yaradacaq”.

  DİGƏR XƏBƏRLƏR