Cəngəlliklərdə yeni paytaxt tikiləcək – 32,7 milyard dollara başa gələcək

İndoneziya höküməti cəngəlliklərdə yeni paytaxtın tikiləcəyi haqda məlumat verib. 

“Qafqaz Xəbər” qəzeti qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın Borneo adasına köçürülməsi qərarı indiki paytaxt Cakartadakı ekoloji və iqtisadi problemlər üzündən verilib.

Yeni paytaxtla bağlı layihənin qəbul olunacağı təqdirdə, onun tikintisinə 2021-ci ildə başlanılacaq. Yeni paytaxt 32,7 milyard dollara başa gələcək. İndoneziyanın yeni paytaxtının adı isə hələ məlum deyil.

  DİGƏR XƏBƏRLƏR