Dünyanın ən qumarbaz 10 ölkəsi

Qumar oyunlarından danışanda, çoxumuzun gözləri önündə ilk növbədə Las-Veqas kazinolarının işıqları canlanır. Lakin qəribə də olsa, ABŞ dünyanın heç də ən qumarbaz ölkəsi deyil. Hələ üstəlik ən qumarbaz ölkələr dünyanın ən gözləniməz ölkələridir.

Aşağıda “H2 Gambling Capital” tərəfindən təqdim olunmuş məlumatlar əsasında tərtib olunmuş ən qumarbaz ölkələr haqqında danışacağıq:

Reytinq tərtib olunarkən zərərin göstəricisi  ölkənin yaşlı əhalisinin sayına görə hesablanıb.

Zərərlərə poker, oyun avtomatları, at yarışları və kazino da daxil olmaqla, bütün qumar oyunlarında itirilən  pullar daxildir.

Avstraliya

Adambaşına düşən zərər: $1 288.00

Avstraliyada qumar oyunları o qədər geniş yayılıb ki, ölkənin mərkəzi bankı faiz dərəcəsini artırmalı olub.

Ölkədə idman oyunlarına onlayn-pul yatırmağa icazə verilir.

Bundan başqa Avstraliyada oyun avtomatları geniş yayılıb. Nyu-Saus-Velsdə ölkənin poker avtomatlarının yarısı yerləşir.

Adambaşına düşən $1 288.00 məbləğində zərər qarşılığında 2006-2010-cu illər arasında 935 qumarbaza kazinolara giriş qadağa edilmişdi.

Lakin bu adamları tez-tez “iş başında” yaxalayırdılar. Onların hamısı ümumilikdə qadağaları 1200 dəfə pozmuşdular.

Sinqapur

Adambaşına düşən zərər: $1 174.00

Sinqapurda ilk kazino 2010-cu ildə açılıb, lakin o vaxtdan bəri ölkə dünyanın ən qumarbazlarından birinə çevrilib.

Ölkədə kazinoların açılması bəzi problemlərə gətirib çıxardı, belə ki, insanlar asılılığın güclənməyindən və ya daha böyük itkilərə məruz qalmaqdan qorxurdular.

Hökumət yerli əhalinin qumar oynamağını dəstəkləmir, buna görə də kazinolarda oynamaq istəyən yerli əhali üçün $81 məbləğində rüsum tətbiq edilb.

Ailənin istənilən üzvünə digərlərinə qanun çərçivəsində kazinolara baş çəkməyi qadağan etmək də icazə verilir. Ancaq bu tədbirlər də müsbət nəticə vermir.

İrlandiya

Adambaşına düşən zərər: $588.00

İrlandiyada kazino sənayesi zəif tənzimlənir, çünki ölkədə olduqca köhnə –  1956-cı ilin “Gaming and Lottery Act” qanunu fəaliyyət göstərir.

Lakin bu qanunu müasir şəraitdə tətbiq etmək mümkün deyil ki, bu da qanun qəbul olunduqdan sonra ölkədə valyutanın dəyişməsi ilə bağlıdır.

Ölkə ən qumarbazların sırasında olduğuna, əhalisi isə böyük itkilərə məruz qaldığına görə, hökumət bu sahənin tənzimlənməsi üçün yeni tədbirlər və qanunlar qəbul edir.

Kanada

Adambaşına düşən zərər: $568.00

Yetkinlik yaşına çatmış kanadalıların 75%-dən çoxu qumar oyunlarının müxtəlif növlərinə cəlb olunublar.

Kanadada qumar oyunları arasında ən məşhuru müxtəlif növ lotereyalardır.

Lotereyaların populyarlığı ona gətirib çıxardı ki, hökumət uşaqlara lotereya bileti şəklində hədiyyə verməyi qadağan edən müəyyən tədbirlər görmək barədə düşünməyə başlayıb.

Finlandiya

Adambaşına düşən zərər: $553.00

Sosial məsələlər və Səhiyyə Nazirliyinin məlumatına əsasən, yetkinlik yaşına çatmış finlərin 41%-dən çoxu hər həftə qumar oynayır.

Hökumət 2011-ci ildən etibarən qumar oynamağa icazə verilən yaş həddini 18-ə qaldırdı. Daha öncə isə bu hədd 15 yaş idi.

İtaliya 

Adambaşına düşən zərər: $517.00

İtaliyada ilk kazino San-Remoda açılıb və 1933-cü ilə qədər o, ölkədə yeganə qumarxana idi.

“Campione d’Italia” isə ölkədə açılan ikinci kazinodur və hal-hazırda da fəalıiyyətdədir. O, Avropanın ən böyük qumar mərkəzi sayılır. Bundan başqa ölkədə onlayn qumar oynamağa da icazə verilir.

Yetkinlik yaşına çatmış italyan orta hesabla 517 dollar zərər verir.

Honkonq

Adambaşına düşən zərər: $503.00

Honkonqda qumar oyunları 1977-ci ildən tənzimlənir. Əksər bukmeker mərkəzləri Honkonq jokey-klubu tərəfindən açılıb.

Təşkilat azsaylı qanuni qumar oyunlarından biri olan at yarışlarına nəzarət edir. Şəhər il ərzində 700-dən çox avtomobil yarışları keçirir.

Lakin qeyri-qanuni və ya xarici bukmekerlərlə işə görə cəza da nəzərdə tutulub.  Belə ki, qanunu pozanları 9 ay həbs cəzası və ya 30 min dollar məbləğində cərimə gözləyir.

Norveç

Adambaşına düşən zərər: $448.00

Norveç yalnız Avropada deyil, bütün dünyada qumar oyunları ilə bağlı ən ciddi qanunvericiliyə malik ölkələrdən biridir.

Hazırda Norveçdə qadağa olunmamış qumar oyunlarının bütün növlərini təqdim edən cəmi iki oyun operatoru fəaliyyət göstərir.

Ölkədə qumar oyunları və lotereya üç – lotereyalar haqqında qanun, oyunlar haqqında qanun və totalizatorlara pul yatırmaq haqqında qanunla tənzimlənir.

Poker bütün dünyada olduğu kimi, Norveçdə də ən məşhur kart oyunlarından biridir. 2015-ci ildə Norveçdə ilk çempionat keçirilmişdi. Çempionatın baş turnirində 1974 oyunçu iştirak etmişdi ki, bu da çempionat üçün dünya rekordu idi.

Yunanıstan

Adambaşına düşən zərər: $420.00

Son 10 il ərzində Yunanıstanda xeyli yeni oyun evləri yaranıb. Hələ üstəlik, ölkənin qumarxanaları turistləri yalnız istirahət ərəfəsi olan yay fəslində deyil, bütün il boyu cəlb etməyə çalışırlar.

Yunanlar infrastrukturun inkişaf etdirilməsi üçün Veqası əldə rəhbər tutublar, yəni, kazinolar dəbdəbəli hotel və ya kurortların bir hissəsidir ki, burada da qonaqları əla nömrələr, hovuzlar, idman meydançaları, dünya ulduzlarının iştirakı ilə şou-proqramlar və digər əyləncələr gözləyir.

İspaniya

Adambaşına düşən zərər: $418.00

İspaniyanın 1985-ci ildə Avropa İttifaqına qəbul edilməsi ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərmiş, eləcə də oyun evlərinin sayının artmasına gətirib çıxarmışdı.

Hazırda qumar sənayesi ölkə ÜDM-in təxminən 3%-ni gətirir.

Qanunvericilikdə həm kazino, həm totalizator, həm də onların ziyarətçilərinin 2500 avrodan yuxarı gəlirlərinin vergiyə cəlb edilməsi nəzərdə tutulur.

  DİGƏR XƏBƏRLƏR