Dünyanın cənnət yerlərindən birinin əlifbasında 13 hərf var: “Dərdləri yoxdur deyə, az danışırlar”

Havay adaları dünyanın istirahət üçün ən uyğun yerlərindən biridir. İlboyu gözəl hava, ucsuz-bucaqsız çimərliklər həm yerli adamlara, həm də tursitlərə xoşbəxtlik bəxş edir.

Bizimyol.info xəbər veryr ki, Havay əlifbasında cəmi 13 hərf var. Bununla bağlı belə zarafat da edirlər: “Dərdləri yoxdur deyə, az danışırlar”.

Havay dili təxminən 5 min ildir mövcuddur. Bu dildə indi təxminən 27 min adam danışır. Sözlərin sayı da bir çox dillərlə müqayisədə az sayıla bilər.

Havay əlifbasının əsası 1822-ci ildə qoyulub. Amerikalı protestant missioner Elişey Lumis cəmi 13 hərfdən ibarət əlifba yaradıb. Hərflərdən 5-i sait (a, e, i, o, u), 8-i samitdir (h, k, m, n, l, p, w, okina). Okina ənənəvi apastrofa bənzəyir, bizə xarakterik olmayan səsi ifadə edir.

Havaylıların ingilis dilinə də təsiri olub. Məsələn, məhəbbət (love) sözü Havay dilindəki “aloha”dan əmələ gəlib.

  DİGƏR XƏBƏRLƏR