Fast food 17 yaşlı gənci həm kar, həm kor etdi

İngiltərədə 17 yaşlı bir gəncin 10 ildir ki, fast food, çips və bu kimi qidalar qəbul etməsi ona baha başa gəlib. Zərərli vərdişlərin nəticəsində gənc həm kar, həm də kor olub.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, həkimlər xəstəni müayinə edərkən  məlum olub ki, gənc bu müddət ərzində yalnız qızardılmış ərzaqlar, ət, kartof, çipslə qidalanıb. Belə qidalar tədricən gəncdə vitamin çatışmazlığı, əsəbilik yaradıb. Artıq 15 yaşındakı oğlan görmə və eşitmə qabiliyyətinin zəiflədiyini hiss edib və 2 il sonra, yəni 17 yaşında hər iki hissiyatını tamamilə itirib.

 

Bristol Universitetinin həkimləri bildiriblər ki, qan testləri hələ 14 yaşında yeniyetmədə “B12” vitaminin çatışmadığını üzə çıxarıb. Həkimlər  B vitamininin çatışmazlığının halsızlıq yaratdığını, daha sonra görmə və eşitmə zəifliyinə gətirib çıxardığını da qeyd ediblər. Eyni zamanda xəstənin D vitamini qəbul etməməsi sümük xəstəliklərinin də yaranmasına səbəb olub.

  DİGƏR XƏBƏRLƏR