Futbola getdiyi üçün həbs olunan Səhər özünü yandırdı (FOTO)

İranda kişi paltarı geyinərək futbol matçına getdiyi üçün həbs olunan qızlardan biri – “Mavi qız” ləqəbli Səhər Heydəri özünə qəsd edib.
Qaynarinfo xəbər verir ki, zaminə buraxılan və məhkəmə qarşısına çıxarılan qız özünü yandırıb. Ötən həftə təxirə salınan məhkəmədən sonra intihar edən Səhər dünən dünyasını dəyişib.
Qeyd edək ki, azarkeşi olduğu “İstiqlal” klubunun rənglərinə uyğun olaraq “Mavi qız” ləqəbini götürən və bu adla paylaşımlar edən Səhər bütün dünyada minlərlə iranlı futbol azarkeşi tərəfindən maraqla izlənilirdi. O, mart ayında bir neçə rəfiqəsi ilə kişi geyimində “İstiqlal”ın oyununa getdiyi üçün həbs olunmuşdu. 3 gün həbsdə saxlanılan Səhər daha sonra zaminə buraxılmışdı. 6 ay məhkəmə günü gözləyən xanım azarkeş hakimin “təcili işi çıxdığı üçün” təxirə salınan prosesdən sonra məhkəmə binasının önündə özünü yandırıb.
Hadisə ilə bağlı açıqlama verən Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) rəsmisi Filip Luter bildirib ki, Səhərin ölümü İranın qdın haqqlarına verdiyi dəyərin göstəricisidi: “Səhərin ölümü boşuna olmamalıdı. Gələcəkdə başqa faciələrin baş verməməsi üçün İranda dəyişikliklər edilməlidi”.
Qeyd edək ki, məhkəmə Səhəri günahkar hesab etsəydi, 6 aydan 2 ilədək həbs oluna bilərdi.
Qeyd edək ki, İranda 1979-cu ildə baş verən İslam İnqilabından sonra qadınların bir çox hüquqları kimi, stadiondan oyun izləmək hüququ da alınıb. Yasaq ilk dəfə ötən il aradan qaldırılıb və qadınlar Asiya Çempionlar Liqasının oyununa buraxılıb. Bir müddət əvvəl 6 qadın kişi geyimində stadiona girdiyi üçün həbs olunmuşdu. Yerli liqaların belə yubanmasına səbəb olan bu olaydan sonra FIFA İrana xəbərdarlıq edərək qadınların stadionlara buraxılmamasının ali futbol qurumunun dəyərlərinə ziddi olduğunu qeyd etmişdi.

 

  DİGƏR XƏBƏRLƏR