Hacının Antalyada biçaqlanma anının görüntüləri yayıldı- Video

Antalyada azərbaycanlı Hacı Elbrus Hacılının bıçaqlanma anının görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, hadisə Konyaaltı rayonunun Liman məhəlləsində qeydə alınıb.

Hacılı çərkəz əsilli şəxslə küçədə mübahisə edib. Bu zaman həmin şəxs cibindəki bıçağı çıxararaq, azərbaycanlını ayağından bıçaqlayıb.

Hacılı dərhal xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Cinayəti törədən şəxsin isə yaxalanması üçün axtarışlar davam edir.

Paylaş »

  DİGƏR XƏBƏRLƏR