Hakimlər Hacı Əliyevi uduzdurandan sonra yaşananlar – VİDEO

Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub – 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf gösrərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasi ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

  DİGƏR XƏBƏRLƏR