Hind kinosunun ulduzlarının illər sonrakı halı, məşğuliyyəti -FOTOLAR

Azərbaycanda yetərincə sevilən Hindistan istehsalı olan kino əsərləri heç də Braziliya seriallarından geri qalmır və bəzən onları üstələyir. İllər əvvəl çəkilən Bollivud filmlərinin də yetərincə məşhur simaları var ki, onlar bu günümüzdə də fəaliyyətlərini davam etdirir.

Moderator.az xəbər verir ki, “Qafqazinfo” bu dəfə “Zita və Gita”, “Disko rəqqası”, “Qisas və qanun” və bir çox digər ekran əsərlərində bərq vuran aktyorların hazırda nə işlə məğul olduqlarını araşdırıb, eləcə də onların xarici görünüşlərinin illərlə necə dəyişdiyini araya-ərsəyə gətirib:

Mithun Çakraborti – 67 yaş

Deyəsən, insanlar sona qədər Mithun Çakrabortini onun personajının adı ilə – Cimmi adlandıracaq. Bu, ona dünya şöhrəti gətirən əfsanəvi “Disko rəqqası” filmindəki rolu ilə bağlıdır. Bu gün aktyor, əvvəlki kimi, ekran əsərlərində çəkilir və Bollivudun ən varlı və uğurlu ulduzlarından biri sayılır.

Amitabh Baççan – 76 yaş

“Divar”, “Gözəl həyat” və “Qisas və qanun” filmlərinin ulduzu, əvvəlki kimi, həm Bollivudda, həm də Hollivudda təlabatlıdır. Aktyorun filmoqrafiyasında 200-ə yaxın ekran əsəri var. Lakin, kino karyerası ilə yanaşı, Baççan siyasətlə məşğuldur və “Kim milyonçu olmaq istəyir?” verilişinin hind versiyasının aparıcısıdır.

Ayşvariya Ray – 45 yaş

“Miss dünya – 1994” müsabiqəsinin qalibi, model və aktrisa Ayşvariya Ray öz doğma ölkəsinin hüdudlarından kənar şöhrət qazanıb və Hollivudda bir çox filmlərdə çəkilib (“Çəhrayı pantera – 2”, “Sonuncu legion”). Lakin onun filmoqrafiyasında ən diqqətəlayiq işi kimi “Devdas” melodramındakı rolu qalır. 2007-ci ildə Ray aktyor Abhişek Baççana ərə gedib. Cütlüyün qızı və şəxsi studiyası var. Xoşbəxtlik üçün başqa nə lazımdır?

Ceki Şroff – 62 yaş

Hind aktyoru Ceki Şroffun tam adı Caykişandır. Xeyr, aktyorun Ceki Çanla heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, onun karyerasını honkonqlu həmkarınkından heç də az uğurlu saymaq olmaz. Hər şey isə “Qəhrəman” filminin çəkilişlərindən başlayıb. Bu gün aktyor ən yaxşı kişi roluna görə bir neçə mükafatın laureatıdır və əvvəlki kimi kino çəkilişlərində aktiv iştirak edir.

Kacol – 45 yaş

Hind aktrisası Kacol “Mənim adım Xandır”, “Qaçırılmamış gəlin” və “Kor məhəbbət” filmlərindəki rollarının sayəsində məşhurlaşıb. Gözəl karyera Kacola sosial həyatda aktiv iştirak etməyinə mane olmur. O, bütün dünyada dul qadın və uşaqları dəstəkləyən Britaniyanın xeyriyyə təşkilatı – “Lomba Trust”ın səfiridir.

Dharmendra – 83 yaş

“Çiçək və daş”da cinayətkar və əkiz bacılar haqda əfsanəvi filmdə Zitanın sevgilisi obrazları ilə tanınan aktyor Dharmendra karyerası ilə fəxr edə bilər. Amma onun fəxr etməyə digər bəhanəsi – kino ulduzu Hema Malini ilə nikahıdır. Bir vaxtlar Bollivudun ən çox müzakirə olunan cütlüyünün iki qız övladı var.

Rakhi Gülzar – 72 yaş

1971-ci ildə aktrisa Rakhi Gülzar “Utancaq” ekran işində sakit və utancaq Kançan və onun şən və oynaq əkiz bacısı Kamini obrazlarını canlandırıb. Növbəti 30 il ərzində aktrisa 80-dən çox filmdə çəkilib və bir çox mükafatlara, o cümlədən Hindistanın ən yüksək mülki mükafatı sayılan “Padma Şri”yə layiq görülüb.

Şahrux Xan – 53 yaş

Şahrux Xan – Bollivudun ən böyük ulduzlarından biridir. Aktyorun rol aldığı “Qaçırılmamış gəlin”, “Sabah açılacaq, yoxsa yox?”, “Mənim adım Xandır” və digər filmlər bütün dünya tamaşaçılarını özünə heyran edib. O, bu gündə kinoya çəkilir və aktiv şəkildə xeyriyyəçiliklə məşğul olur.

Rekha – 64 yaş

Rekha karyerasına ailə başçısız qalan anasına kömək etmək üçün gənc ikən başlayıb və indiyədək çəkilməyə davam edir. Aktrisanın filmoqrafiyasında 200-ə yaxın film var ki, onların arasında “Əziz Umrao”, “Qisas yanğısı”nı xüsusi ilə qeyd etmək lazımdr. Bundan əlavə, Rekha 3 kitab və 2 studiya albomu yazıb.

Rişi Kapur – 67 yaş

“Bobbi” filmindəki rol Rişiyə inanılmaz uğur və ilin ən yaxşı aktyoru fəxri mükafatını gətirib. Kapur evlidir və iki övladı var. Aktyor bu gündə öz sevimli işi – kinoya çəkilməklə məşğuldur.

Caya Prada – 57 yaş

Rəqqasəliyə can atan Caya Pradanın qismətində aktrisa olmaq var imiş. Məktəb bayramında rəqs edən qızı görən rejissor onu filmində rəqs etməyə dəvət edib. Elə bununla da onun gözəl karyerası başlayıb. Onun filmoqrafiyasında “Mahnıların ritmi”, “Ana” və “Sərxoş” kimi ekran işləri xüsusi yer tutur. 90-cı illərin ortalarında aktrisa siyasətlə məşğul olmağa başlayıb və hazırda “Raştriya lok dal” partiyasının üzvüdür.

Salman Xan – 53 yaş

Cəlbedici maço Salman Xan qadın qəlblərinin əsl “oğrusudur”. Lakin Hindistanın əsas seks-simvolu statusu ona yaxşı aktyor qalmağa mane olmur. Xana əsl şöhrəti “Mən aşiq oldum” filmindəki rolu gətirib. “Mən sənin üçün kiməm?” ekran işindəki obrazı isə onun şöhrətini ikiqat artırıb.

Hema Malini – 70 yaş

Zita və Gita rollarının ifaçısı, aktrisa Hema Malini hind kinosundan uzaq olması ilə də məşhurdur. Əkiz bacılar haqda film ona dünya şöhrəti gətirdi, lakin bu, aktrisanın fimoqrafiyasında diqqətəlayiq yeganə ekran işi oldu. Onun iştirakı ilə çəkilən “Sevimli Raca” və “Qisas və qanun” filmlərini də qeyd etmək lazımdır. Bu gün Hema kinoda o qədər də tez-tez çəkilmir və daha çox siyasi karyerası ilə məşğul olur.

  DİGƏR XƏBƏRLƏR