Honkonq hökuməti geri addım atdı

Honkonq rəsmiləri ekstradisiya qanununu geri çəkir.
Bu barədə Honkonq rəhbəri Kerri Lamaçıqlama ilə çıxış edib. Qanunun müzakirəsi və qəbulundan rəsmi şəkildə imtina ediləcək.
Qeyd edək ki, Honkonqda cinayətkarların Çinə təhvil verilməsini nəzərdə tutan ekstradisiya qanunu əleyhinə etirazlar aylardır davam edir. Qanun layihəsi 3 apreldə parlamentə təqdim edilib. Müxalifət və əhali isə qanunun Honkonqu Çindən daha da asılı vəziyyətə salacağını bildirərək etirazını bildirir. Nümayişlərdən sonra qərar təxirə salınsa da, aksiyaların dayanması üçün kifayət etmədi.

  DİGƏR XƏBƏRLƏR