İran “Stena Impero” tankerini buraxdı

İyulun 19-da Hörmüz boğazında İran tərəfindən saxlanılmış İsveçə məxsus “Stena Impero” tankeri buraxılıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, tanker İranın Bəndər Abbas limanını tərk edib. Qeyd edilir ki, tankerin buraxılması barədə qərar çərşənbə günü qəbul edilib. Lakin tanker hələ də limanda qalırdı.

“Report” xatırladır ki, daha əvvəl İran rəsmiləri tankerin buraxılacağını bildirmişdilər. Daha dəqiq desək, sentyabrın 22-də bəyan edilmişdi ki, İran İsveçə məxsus tankeri azad edə bilər.

  DİGƏR XƏBƏRLƏR