KİV: Şumaxer 6 illik komadan ayıldı

“F1” pilotu Mixael Şumaxer 6 il sonra komadan ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. İddiaya görə, məsələ ilə bağlı pilotun Parisdə müalicə olunduğu “Georges Pompidou” Xəstəxanasının adı açıqlanmayan tibb bacısı məlumat verib.
M.Şumaxerin xəstəxanaya gizlicə yerləşdirildiyi, xərəkdə daşındığı və üzünün geyimlə örtüldüyü bildirilib.
Qeyd edək ki, yeddi qat “F1” çempionu 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılıb və başından ciddi zədə alıb. Pilot qəzadan sonrakı illəri komada keçirib.
Son dövrlərdə pilotun özünə gəlməsi barədə iddialar tez-tez səslənirdi.

  DİGƏR XƏBƏRLƏR