lin ən yaxşı baş məşqçisi adına son 3 namizəd

FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.
Qaynarinfo xəbər verir ki, “The Best” mükafatına Çempionlar Liqasının sonuncu qalibi, “Liverpul”un almaniyalı baş məçqçisi Yurgen Klopp, həlledici matçda uduzan “Tottenhem”in argentinalı çalışdırıcısı Maurisio Poçettino və İngiltərə Premyer Liqasında I yeri tutan “Mançester Siti”yə rəhbərlik edən ispaniyalı Xosep Qvardiola namizəd göstərilib.
Qeyd edək ki, qalib sentyabrın 23-də İtaliyanın Milan şəhərində açıqlanacaq.

  DİGƏR XƏBƏRLƏR