“Lom”un sifarişi və intiqam… – Müğənninin qətlinin üstü açıldı-Video

“Tverskiye volki” (“Tver canavarları”) dəstəsinin üzvü Aleksandr Aqeyev müğənni Mixail Kruqun öldürülməsində iştirak etdiyini etiraf edib. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat verib.

Aqeyevin sözlərinə görə, 2002-ci ildə o, dəstənin daha bir üzvü – Dmitri Veselovla bərabər Tverin “Lom” ləqəbli kriminal avtoritetinin göstərişi ilə Mixail Kruqun evini qarət etməyə gedib. “Lom”un planına görə, baş verəcək hadisədən sonra Kruq ona kömək üçün müraciət edəcək, o isə “oğurlananları” tapacaq və nəticədə, “Lom”a borclu qalacaq Kruq konsertlərindən əldə etdiyi qonorarın bir hissəsini ona verməyə məcbur olacaq.

Lakin Kruq ailəsi ilə evə tez dönüb. Veselov müğənniyə iki dəfə tapançadan atəş açıb və Aqeyevlə bərabər gizlənib. Kruq xəstəxanada dünyasını dəyişib.

“Lom” 2006-cı ildə vəfat edib. Veselov isə “Tverskiye volki” dəstəsinin digər üzvü – Kruqla tanış olan və onun qətlinin intiqamını alan Aleksandr Osipov tərəfindən öldürülüb.

Mixail Kruqun ölüm faktı ilə bağlı açılan cinayət işinə şübhəli Veselovun ölümü ilə əlaqədar xitam verilib.

Daha əvvəl isə “Tverskiye volki” dəstəsinin keçmiş killeri Aqeyevin koloniyada iki kamera yoldaşının öldürdüyü haqda xəbər verilmişdi. Kamera yoldaşlarının öldürülməsi Mixail Kruqun qətli ilə bağlı açılan cinayət işinin araşdırılmasında istintaq tədbirlərini ləngitmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifə

  DİGƏR XƏBƏRLƏR