Mamayev və Kokorin azadlığa çıxdılar

Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev şərti olaraq sərbəst buraxılıb.

Bu barədə TASS agentliyinə məlumat yayıb.

Futbolçuların sərbəst buraxılması barədə qərarı Belqorod vilayətinin Alekseyevski Rayon Məhkəməsi çıxarıb.

Həmçinin Kokorinin qardaşı Kirill və dostu Aleksandr Protasovitski azadlığa buraxılıb.

Qeyd edək ki, mayın 8-də Moskvanın Presnenski rayon məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə A.Kokorinin 1,5 il, P.Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı.

  DİGƏR XƏBƏRLƏR