Millimiz dünya ikincisi ilə çətin sınaq qarşısında

Azərbaycan millisi bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, yığma komandamız 6-cı turda Xorvatiya millisini qəbul edəcək.

Dünya çempionatının finalçısı olan Xorvatiyada İvan Rakitiç, Andrey Kramariç və Mateo Kovaçiç kimi futbolçular oynamayacaq.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da “Bakcell Arena”da baş tutacaq.

Qrupun digər oyununda Macarıstan doğma meydanda Slovakiyanı sınağa çəkəcək.

Qeyd edək ki, millimiz seçmə mərhələdə keçirdiyi dörd oyunun hamısında uduzub və sonuncu pillədədir.

  DİGƏR XƏBƏRLƏR