Mursinin oğlu da infarktdan vəfat etdi

Misirin sabiq prezidenti, mərhum Məhəmməd Mursinin kiçik oğlu Abdullah da vəfat edib.
Qaynarinfo xəbər verir ki, 24 yaşlı Abdullah Mursi də atası kimi infarktdan dünyasını dəyişib.
Bu barədə Qahirədəki Əl-Vahat xəstəxanasındakı mənbə məlumat verib. Bildirilib ki, Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud xəbəri təsdiq edib.
Qeyd edək ki, Məhəmməd Mursi 2012-2013-cü illərdə Misir prezidenti olub. 2013-cü ilin 3 iyulunda baş verən dövlət çevrilişindən sonra həbs olunub. Bu ilin 17 iyununda məhkəmə iclası zamanı infarktdan vəfat edib. Onun xərçəng xəstəliyindən də əziyyət çəkdiyi deyilirdi.

  DİGƏR XƏBƏRLƏR