Nazir Əkrəm İmamoğlunu hədələdi: “Başqa işlər görsən…”

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunu hədələyib.
Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, S.Soylu Ə.İmamoğlunun Diyarbəkir səyahəti barədə “İşini gör, başımızın üstündə yerin var, amma öz işindən başqa şeylərlə məşğul olsan, səni peşman edərik. Bu qədər aydın və konkret”, – fikirlərini səsləndirmişdi. Cümhuriyyət Xalq Partiyasının parlamentdəki qrup rəhbəri Özgür Özel və partiyanın sədr köməkçisi Seyid Torun Soylunun mövqeyinə münasibət bildirərək nazirin bələdiyyə sədrini hədələdiyini bildirib.

 

Ö.Özel Süleyman Soylunu İmamoğlunu hədələməkdə günahlandırıb, S.Torun isə naziri milli iradə və xalqın qərarına hörmət etməyə səsləyib.

  DİGƏR XƏBƏRLƏR