Niyə yollarda ölürük? – Ekspert yol qəzalarının artım səbəblərini açıqladı

“Yol-nəqliyyat hadisələrinin artmasının bir sıra səbəbləri var. Bu sırada yolların nasazlığını, işıqforların düzgün çalışmamasını, yerüstü və yeraltı keçidlərin yetərincə olmamasını və bir çox başqa səbəbləri göstərə bilərik. Digər tərəfdən yol qəzaları qaçılması mümkün olmayan olaydır, baş verirsə olacağa çarə yoxdur. Ancaq bunu da deyib oturmaq düzgün deyil, qabaqlayıcı tədbirlər görülməli, bədbəxt hadisələrin qarşısı mümkün qədər lınmalıdır”.

Sfera.az xəbər verir ki, bu sözləri ölkədə baş verən yol qəzalarının artmasına münasibət bildirən nəqliyyat eksperti Elşad Hüseynov söyləyib. Yol qəzalarının qarşısının alınması üçün tədbirlərin lazımı səviyyədə görülmədiyini açıqlayan ekspert Elşad Hüseynov qabaqlayıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməli olduğunu, kompleks işlərin görülmədiyi halda yerdə qalan tədbirlərin kosmetik düzəlişlərdən başqa bir şey olmadığını vurğulayıb:

“Bu hadisələrin gözlənildiyi yerlərdə ekspert rəyi öyrənilməli, elmi-tədqiqat işləri aparılmalı, proqnozlaşdırma getməlidir. Nəqliyyat Departamenti və Dövlət Yol Polisində təhlil şöbələri var ki, onlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mütəxəsislərə qrant ayıraraq bu sahəni köklü şəkildə araşdırmaq gərəkdir. Əgər bir yolda, bir ərazidə hər gün yol qəzaları olursa,bu artıq “qırmızı alarm”ın yanması deməkdir ki, dövlət buna göz yummaq əvəzinə, çevik və anında reaksiya verməliidr. Ancaq qabaqlayıcı tədbir kimi ölkəmizdə sadaladıqlarımın heç biri görülmür. Çünki məsələ əlaqədar qurumların maraq dairəsində deyil. Azərbaycanda bu gün nəqliyyatın təhlili instititutu yoxdur. Yol nəqliyyat hadisələrinin özünün sistemi olmalıdır, onlar göstərici və parametrlərə görə, təsnifata bölünməlidir. Yola sarı xətt çəkib sayğac qoyub oradan pul yığmağa başladılar. Bununla təbii ki, nəqliyyatda olan problemləri aradan qaldrmaq olmaz. Bütün bu kimi yarıtmaz işlər yol-nəqliyyat hadisələrinin artımına gətirib çıxarır”.

 

  DİGƏR XƏBƏRLƏR