Putin Venesuelaya çəkilən xərci açıqladı

“Rusiya, prezident və parlament də daxil olmaqla Venesuelanın bütün legitim hakimiyyət orqanlarını dəstəkləyir”. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu bu gün Kremldə Venesuela lideri Nikolas Maduro ilə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib.

Görüşdə ölkə başçıları Venesueladakı vəziyyəti, həmçinin hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib. Rusiya lideri bildirib ki, Moskva ümumilikdə Venesuela iqtisadiyyatına təxminən 4 milyard dollar vəsait yatırıb.

Putin həmçinin qeyd edib ki, Rusiya tərəfi Venesuela liderinin müxalifət qüvvələri ilə dialoqunu dəstəkləyir: “Dialoqdan istənilən imtinanı irrasional, ölkəyə zərərli addım olduğunu düşünürük”.

  DİGƏR XƏBƏRLƏR