Putinin şəklini məzarlığa vuran 3 fəal saxlanıb

Rusiya Prezidenti Vladimir Putinin və digər yüksəkçinli məmurların fotoları Sankt Peterburqda məzarlıqda xaç üstündə tapılandan sonra üç fəal saxlanıb.

Oxşar aksiyalar keçirmiş “Agit Rossiya” qrupunun üzvləri olan üç fəal ölüləri və onların məzarlarını murdarlamaq ittihamıyla sentyabrın 21-də saxlanıb.

Polis fəallardan ikisini buraxıb, biri isə həbsdədir, təqsiri sübuta yetirilsə beş ilədək həbsə məhkum edilə bilər.

“Agit Rossiya” bu aksiyada iştirakını təkzib edib.

Apreldə bu qrupun üzvləri Sankt Peterburqda Müqəddəs İsa Kilsəsi qarşısında Putinin adına başdaşı yerləşdirməyə görə məsuliyyəti götürmüşdü.

Bir neçə həftə öncə oxşar aksiyalar Moskvada, Tatarıstan regionunda keçirilib.

  DİGƏR XƏBƏRLƏR