“Qarabağ” ispan futbolçunu heyətinə qatıb

“Qarabağ” daha bir futbolçunu transfer edib.

Oxu.Az xəbər verir ki, bu, əsas komandanın ispaniyalı futbolçusu Xayme Romeronun özündən altı yaş kiçik qardaşı Daniel Romerodur.

Daniel Romero sərbəst futbolçu kimi transfer edilib və Ağdam klubunun əvəzedici komandası üçün sifariş edilib. Artıq o, üç gün əvvəl əvəzedici komandaların da mübarizə apardığı “Qarabağ”ın səfərdə “Zirə”ni 7:1 darmadağın etdiyi oyunda ehtiyat oyunçular skamyasında olub. Lakin baş məşqçi Azər Məmmədov ispan legionerin xidmətinə ehtiyac duymayıb.

23 yaşlı futbolçunun üç gün sonra Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Qarabağ” və “Səbail”in əvəzedici komandaları arasında keçiriləcək I divizion qarşılaşmasında debüt edəcəyi gözlənilir.

  DİGƏR XƏBƏRLƏR