Ramil Quliyevdən yeni qələbə

Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışı üzrə birinci olub.

Ramil Quliyev 20,16 saniyə nəticə göstərərək yarışda bütün rəqiblərini qabaqlayıb.

Atletika yarışları “Dinamo” Milli Olimpiya Stadionunda keçirilib. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparıb.

  DİGƏR XƏBƏRLƏR