Ruhani Trampla görüşməyəcək – Tehran

BMT Baş Assambleyasında İran Prezidenti Həsən Ruhani ilə ABŞ lideri Donald Tramp arasında heç bir görüş olmayacaq.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

Qeyd edək ki, Tramp bundan öncə BMT Baş Assambleyası çərçivəsində Ruhani ilə görüş keçirilməsi imkanının olduğunu bildirib. Bununla belə o, görüşün hansısa ilkin şərtsiz keçirilməsinə razı olmadığını deyib.

  DİGƏR XƏBƏRLƏR