Rus alimlər İlon Maskla yarışa başlayır: Daha ucuz kosmik gəmi

Rusiyada bir özəl şirkət İlon Maskın Crev Draqon kompaniyasına layiqli alternativ olacaq kosmik gəmi layihəsi üzrəində işləyir.
Qaynarinfo xəbər verir ki, “Beynəlxalq Kosmik Nəqliyyat Sistemləri” şirkətinin nümayəndəsi bu barədə “RIA Novosti”yə açıqlama verib. Planlaşdırılan kosmik gəmi “SpaceX”in “Starship”indən bir çox xüsusiyyətləri, həmçinin ucuz başa gəlməsi ilə fərqlənəcək.
Layihənin reallaşdırılması üçün “Roscosmos”, “Rosatom”, “Rostec” kimi dövlət şirkətləri ilə əməkdaşlıq edildiyi bildirilir.
Beynəlxalq Kosmik Stansiyaya yük daşıyacağı ehtimal ediən gəmi qədim Yunan mifologiyasında qızıl yunlu, qanadlı qoçun axtarışını aparan gəminin şərəfinə “Arqo” adlandırılıb.
Qeyd edək ki, ötən gün “SpaceX” şirkətinin sahibi İlon Mask Ay və Marsa yük və 100 nəfər sərnişini daşıyacaq “Starship” gəmisini təqdim edib.

  DİGƏR XƏBƏRLƏR