Rusiyali aktyorun müdafiəsinə bütün mədəniyyət dünyası qalxdı

Xəbər verildiyi kimi, rusiyalı aktyor 24 yaşlı Pavel Ustinova məhkəmə tərəfindən 2,5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Aktyorun Putin rejiminə qarşı açıq çıxışlarına görə saxlanıldığı bilinir.

Onun həbsi həm daxildə, həm də xaricdə geniş rezonans doğurub.

Dünyanın müxtəlif ölkələrindən 77 ictimai xadim Rusiyada siyasi repressiyalarla bağlı açıq məktub ünvanlayıblar.
Bunların arasında məşhur “Taxt oyunları” serialının ssenaristləri Devid Benioff və Daniel Uayts, akyor və yazıçı Stiven Fray, Nobel mükafatı laureatı Herta Müller, İrlandiya, Litva və Bolqarıstan prezidentləri də var. Ərizə rusiyalı biznesmen, YUKOS neft şirkətinin keçmiş sahibi Mixail Xodorkovski tərəfndən yaradılan “Vətəndaş cəmiyyətinin dəstək qrupu” tərəfindən hazırlanıb.

“The Moscow Times” qəzetinin verdiyi məlumata əsasən, məktub müəllifləri və imzalayanlar özlərini azad dünyanın sakinləri adlandıraraq Rusiyanın paytaxt Moskva və digər şəhərlərində baş verən situasiyadan dolayı narahatlıqlarını ifadə ediblər. Yazıda Putin rejiminə qarşı müxalif olan şəxslərin sadəcə ən bəsit haqlarını tələb etdikləri vurğulanıb. Bundan başqa, prezident Rusiya hakimiyyətinin siyasi repressiyalar fonunda “korrupsiyalaşmış məmurların öz pullarını saxladıqları və daşınmaz əmlak aldıqları” azad dünyada legitimlik əldə etmək cəhdlərindən narahatlıq ifadə edilib.

Qeyd olunur ki, bundan daha öncə “Pravmir” portalında Rusiya pravoslav kilsəsinin bir qrup keşişin “Moskva işi”ndə adı keçən şəxslərin müdafiəsi ilə əlaqədar imzaladıqları bəyanat verilib. Burada din xadimləri prosesin “Rusiyada vətəndaşların qorxudulması prosesinə” çevrildiyini bildiriblər. Bundan başqa, keşişlər siyasi dustaqlar əleyhinə ifadə verənlərə müraciət edərək yalançı şahidliyin dində günah olduğunu yada salıblar.

Keşişlərin cəsarətli çıxışına Moskva patriarxlığından cavab gəlib. Rusiya prezidentini müdafiə etməsi ilə tanınan bu qurumun təmsilçisi Vaxtanq Kipşidze sənəddə “siyasi ritorika ilə müqəddəs mətnləri qəribə şəkildə calaşdırıldığını” deyib.

Moskvanın Çexov adına bədii teatrında, “Başqa teatr” və “Satirikon” teatr qrupları tamaşaların sonunda Pavel Ustinova dəstək nümayiş etdiriblər.

Aktyor Aleksandr Pal isə “Change.org” saytında Ustinovun azad eidlməsi üçün petisiya tərtib edib və onu 80 mindən çox şəxs imzalayıb.

  DİGƏR XƏBƏRLƏR