“Sevgililərini deputat etmək istəyirlər…” – Lukaşenkodan ilginc sözlər

“Belarusda parlament seçkisi bəzilərinin şou göstərmək cəhdlərinə baxmayaraq, səssiz və sakit məcrada keçəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, bəziləri, o cümlədən Qərb də daxil olmaqla seçki kampaniyasından əvvəl ölkədə qarışıqlıq yaratmağa çalışırlar: “Amma mən əminəm ki, ölkəni sarsıtmaq mümkün olmayacaq”.

Aleksandr Lukaşenko çıxşında Rusiyanı nümunə göstərib:

“Məsələn, Rusiyanı bir qədər silkələdilər, amma o vaxt Rusiyada borular işləyirdi. Təbii qaz ixrac olunurdu, neft vardı, qızıl vardı. Bizdə bunlar yoxdur. Buna görə də, ölkədə gərginliyin yaradılmasına ehtiyac duymuruq”.

Belarus başçısı eyni zamanda, ölkədə parlament seçkilərində majoritar sistemin qorunmasının lehinə danışıb:

“Mənə parlamentin partiya siyahılarına uyğun seçilməsi təklifləri verildi. Təsəvvür edin ki, siyahıda kimlərin olduğunu kimsə bilmir. Uşaqlarını, nəvələrini, sevgililərini qeydiyyata almaq istəyənlər var. Buna etiraz etdim. Hələlik majoritar sistemi keçə bilməmişik”.

  DİGƏR XƏBƏRLƏR