SSRİ-nin Hitlerin əl-qolunu açan gizli protokolunun əsli üzə çıxdı – Şok sənəd (RƏSMİ)

Rusiya Xarici İşlər Nazirliyinin Tarixi Sənədlər Departamenti haqqında əfsanələr dolaşan, XX əsrdə dünya tarixinin gedişatını dəyişdirən ən vacib sənədlərdən birini – Molotov-Ribbentrop Paktı olaraq da tanınan Almaniya və SSRİ arasında 1939-cu ildə hücum etməməklə bağlı bağlanmış müqavilənin gizli saxlanılan sovet əslini ictimaiyyətə təqdim edib.

Qaynarinfo Rusiya mediasına istinadən xatırladır ki, həmin müqaviləni 23 avqust 1939-cu ildə SSRİ tərəfdən Byaçeslav Molotov, Almaniya tərəfdən İoaxim Ribbentrop imzalayıb.

Tarixçilərin və ekspertlərin əksər çoxluğu hesab edir ki, məhz bu müqavilə faşist Almaniyasının 1939-cu il senyabrın 1-də Polşaya hücuma keçməsi üçün yol açıb. Yəni Molotov-Ribbentrop paktı II Dünya müharibəsinin başlaması üçün qığılcım rolunu oynayıb.

İki il əvvəl, verdiyi müsahibədə Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun elmi rəhbəri akademik Aleksandr Çubarov deyib: “Bizi başqa bir məsələdə də ittiham edirlər. Bu paktı qiymətləndirərkən, təkcə o dövr üçün tipik olan sazişə görə deyil, həm də müqaviləyə SSRİ və Almaniyanın təsirinin demarkasiyasını təmin edən gizli əlavədən danışırlar. Hə, bu gizli protokola təhlükəsizlik kontekstində baxmaq olar, bununla belə, müqavilə onsuz da elə SSRİ-nin özündə də tənqid olunmuşdu (1989-cu ildə xalq deputatlarının qurultayında bu protokolu sərt tənqid olunub).

Akademik sənədin həqiqiliyi ilə bağlı şübhələri də yersiz sayıb:

“Ancaq əlimizdə protokolların olmasını təsdiqləyən və eyni zamanda məzmununu əks etdirən tamamilə aydın sənədlər var”.

Həqiqətən də həm sovet, həm postsovet dövrü tarixi ədəbiyyatında, memuar əsərlərində SSRİ-nin siyasi rəhbərləri həmin gizli protokolun mövcudluğunu qətiyyətlə rədd ediblər. Üstəlik, saziş mətninin əvvəlcədən hamıya məlum olmasını tez-tez dilə gətiriblər. Halbuki əvvəllər əlçatan olan müqavilə yalnız paktın alman variantı olub.

Nəhayət, müqavilənin 80 illiyində bu sənədin əsli üzə çıxıb. “Tarixi yaddaş” Fondu paktın sovet əslinin surətini çap edib. Sənəd indi ilk dəfə yayımlanır.
Fondun veb saytında skan edilmiş saziş, həmçinin Şərqi Avropada təsir sahələrinin delimitasiyası haqqında əlavə edilmiş gizli protokol və bunun rus və alman dillərində izahı yerləşdirilib. Razılaşmaya əsasən, Moskva və Berlin bir-birinə hücum etməməyi, tərəflərdən biri üçüncü ilə müharibə etdiyi təqdirdə digər dövlətlərlə “birbaşa və ya dolayı yolla qarşı tərəfə qarşı hərəkət etməyərək” neytrallığı qorumağı öhdələrinə götürdülər. Pakt on il müddətinə, hər beş ildən bir uzadılmaq şərtilə bağlanıb. Müqavilənin 4-cü bəndində göstərilir ki, tərəflər protokolu tam məxfi saxlamağa söz verir.
“1939-cu ildə biz müharibəyə tam hazır deyildik. Bundan əlavə Uzaq Şərqdə həll olunmamış problemlərimiz vardı. Orduda aparılan təmizləmələrdən sonra orta və üst hərbi səviyyədəki qabiliyyətlərimiz azalmışdı… Digər tərəfdən, qazanılan həmin iki ildə daha yaxşı hazırlaşmaq olardı ki, buna görə Stalin sonradan tənqid edilmişdi”, – akademik əlavə edib.

Deyilənlərin daha yaxşı anlaşılması üçün quru statistik rəqəmləri əlavə edirik:

1937-ci il iyunun 12-nə keçən gecə “hərbi sui-qəsd” işi”ndə ittiham edilən müttəhimlər məhkəmədən 40 dəqiqə sonra güllələnib. Onların arasında, marşal Mixail Nikolaeviç Tuxaçevski kimi adlar da olub. 1937-1938-ci illərdə Dairə qoşunlarının bütün komandirləri (Budyonnı istisna olmaqla), bütün müavinləri və dairə qərargah rəisləri, korpus komandirlərinin 88%-i, bölmə və briqada komandirlərinin 98%-i, alay komandirlərinin 79%-i, batalyon və bölmə komandirlərinin 87%-i, vilayət hərbi komissarların tərkibi 100% dəyişdirilib. Təəccüblü deyil ki, 1937-ci ilin ikinci rübündə hərbi dairələrdə intiharların sayı kəskin artaraq, Leninqrad dairəsində 27%, Belorus dairəsində 40%, Qafqazda 50%, Qara Dəniz Donanmasında 200%-ə çatıb!

  DİGƏR XƏBƏRLƏR