Şumaxer evə buraxıldı

Formula-1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris xəstəxanasından buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə BFM TV kanalı məlumat yayıb.

Bildirilib ki, Şumaxer sentyabrın 11-də gecə saatlarında xəstəxananı tərk edib. Həmçinin, əlavə edilib ki, idmançının müalicəsi gizli saxlanılır:

“M.Şumaxerə beyni də daxil olmaqla, bütün orqanizminə müsbət təsir edəcək hüceyrələr əlavə edilmiş qan köçürülüb”.

Qeyd edək ki, beş ildir komada olan Formula-1 yarışlarının əfsanəvi pilotu alman Mixail Şumaxerə bir neçə gün öncə Paris xəstəxanasında kök hüceyrə transplantasiya edilib. Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Belə ki, zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur.

  DİGƏR XƏBƏRLƏR