Şvartsnegger Stallone ilə bıçaqlarını ölçdü – VİDEO

Hollivud ulduzu Arnold Şvartsnegger dostu və həmkarı Silvestr Stallone ilə zarafat etdi. O “Instagram” səhifəsində özünün və dostunun bıçaqlarını müqayisə etdi.
“Dəmir Şvarts” “Yırtıcı” filmində istifadə etdiyi bıçaqın həmkarının “Rembo” filmində işlətdiyi bıçaqdan iki dəfə böyük olduğunu göstərdi.
Bununla o Stalloneyə dəstək verdi: həftə sonu “Rembo: Son qan” filmi böyük ekranlara çıxacaq. Aktyor söz verdi ki, film uğur qazanan təqdirdə dostuna yeni bıçaq hədiyyə edəcək.

 Oxunub: 1

  DİGƏR XƏBƏRLƏR