Tramp bir həftədə 62 dəfə yalan danışıb

ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirdiyi brifinqdə “Dorian” qasırğasının Alabama ştatını da vuracağı iddiasına haqq qazandırmaq üçün təhrif edilən saxta xəritə göstərib.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, ABŞ-da meteorologiyanın hava proqnozları ilə bağlı xəritələrindən sui-istifadə cinayət sayılır.

Ölkə qanunvericiliyi belə cinayət törədən şəxslərin 90 günə qədər həbs olunmasını nəzərdə tutur.

Məlumata görə, meteorologiya stansiyası 20 dəqiqə sonra “Twitter” səhifəsində D.Trampın dediklərini təkzib edib:

“Alabama “Dorian”dan zərər görməyəcək. Təkrar edirik, “Dorian” qasırğası Alabamaya heç bir təsir göstərməyəcək”.

D.Tramp isə nümayiş etdirdiyi xəritəni kimin hazırlaması barədə suala cavabında deyib:

“Bilmirəm, bilmirəm”.

CNN televiziyası bildirib ki, ABŞ prezidenti son bir həftə ərzində çoxu “Twitter” vasitəsi ilə olmaqla ictimaiyyətə 62 dəfə yanlış məlumat verib.

  DİGƏR XƏBƏRLƏR