Türkiyə Ermənistan ilə sərhəddə əməliyyatlara başladı

Türkiyə Silahlı Qüvvələri (SQ) Ermənistan ilə sərhəddə yerləşən Ağrı, Qars və İğdır vilayətlərində PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb.

Trend-in məlumatına görə, əməliyyat barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, əməliyyat “KIRAN-4” adı altında aparılır.

Qeyd olunur ki, əməliyyat həmin ərazilərdə sonuncu terrorçu məhv edilənə qədər davam edəcək.

  DİGƏR XƏBƏRLƏR