Vurğun Əyyub son mənzilə “Ruhani” ilə yola salındı – Video

Bu gün vəfat edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş sədri Vurğun Əyyub son mənzilə yola salınıb.

Bizimyol.info xəbər verir ki, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişən V.Əyyubla vida mərasimi keçirilib. Mərasimdə onun ailə üzvləri, yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhum vəsiyyət edib ki, onu son mənzilə “Ruhani” havası ilə yola salsınlar. Bu səbəbdən vida mərasimində “Ruhani” havası səsləndirilib. Daha sonra V.Əyyubun cənazəsi dəfn olunması üçün Hövsanda yerləşən “Dədə Qorqud” qəbirstanlığına aparılıb.

  DİGƏR XƏBƏRLƏR