“Yeddi gözəl” şəlaləsinə gedən yol bu vəziyyətdədir – VİDEO

Qəbələdə turistlərin ən çox gəldiyi məkanlardan biri “Yeddi gözəl” şəlaləsidir. Amma magistral yoldan şəlaləyədək olan 3.5 km-lik yol yaxşı vəziyyətdə deyil. Bu kələkötür yolu taksilər 10 manata aparır.

Yayda toz-torpaq,qışda gölməçələr və palçıq olur. İstər yerli sakinlər, istərsə də gələn turistlər bu yoldan istifadə etmək məcburiyyətindədir.

Bura Qəbələ rayonunun Vəndam qəsəbəsinin Rusyan yaşayış massividir .Buranı hər kəs “Yeddi gözəl” şəlaləsi kimi tanıyır.Rusyan məhəlləsində təxminən 250 qədər ev var.Unikal gözəlliyi ilə məşhur olan şəlaləni görmək istəyən turistlər yolun bərbad olması səbəbli maşınlarını saxlayıb taksilərlə gedirlər. Həmin məsafəni isə taksilər təxminən 10 manata aparır.

Bəzən gələn qonaqlar yolun vəziyyətindən xəbərdar olmadıqları üçün şəxsi maşınları ilə gəlirlər və bu yolun bərbad olması ilk növbədə türistləri məyus edir.

Burada fəaliyyə göstərn istirahət mərkəzlərinin nümayəndələri də deyir ki, yolun narahat olması gələn turistlərin sayına ciddi mənfi təsir göstərir.

Vəndam bələdiyyəsindən isə keçən il yolun əsaslı təmir edildiyi sonradan yağış sel nəticəsində yenə də dağıldığı bildirildi.

Bələdiyyədən yolun ciddi təmirə ehtiyacı olduğunu etiraf etsələrdə bunun bələdiyyənin imkanları xaricində olduğunu bildiriblər.

© xezerxeber.az

  DİGƏR XƏBƏRLƏR