Ərdoğandan ABŞ-ın qondarma “erməni soyqırımı” qərarına münasibət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Türkiyə rəhbəri hakim Ədalət və İnkişaf Partiyasının iclasında terror dəstəkçilərinə xəbərdarlıq edib:
“Terror balonu mütləq erməni terroru və PKK terror təşkilatını dəstəkləyənlərin əlində partlayacaq. Bizim uğurlarımız başqalarını narahat edir. Türkiyə yeni bir istiqlal mübarizəsi aparır və zəfər əldə edəcək. “Barış Pınarı” əməliyyatında 20 əsgərimiz şəhid oldu, lakin Qərb dövlətləri başsağlığı vermədi. Əməliyyat çərçivəsində 900-dən çox terrorçu zərərsizləşdirmişik. Bizdən ancaq Suriyadan nə zaman çıxacağımızı soruşurlar. Mən isə “Siz nə vaxt çıxacaqsınız” , – deyə cavab verirəm”.
Qeyd edək ki, Nümayəndələr Palatası ötən gün qondarma “erməni soyqırımı” və Türkiyəyə qarşı sanksiya barədə qərar qəbul edib.

  DİGƏR XƏBƏRLƏR