Əri Lolitanın pulunu məşuqəsinə xərcləyib

Rusiyanın estrada ulduzu Lolita Milyavskayanın əri Dmitri İvanovdan ayrılma səbəbi məlum olub. “Qafqazinfo” xəbər verir ki, sənətçinin özündən 10 yaş kiçik idmançı həyat yoldaşı ona xəyanət edib.

44 yaşlı Dmitri evli olarkən kosmetoloq Olqa Kuliyeva ilə münasibətdə olub. İvanov Lolitanın qazandığı pullarla Belarusda yaşayan Olqaya evlər, bahalı zinət əşyaları alıb. Bundan xəbər tutan ifaçı məhkəməyə müraciət edərək boşanmaq barədə ərizə yazıb.

Qeyd edək ki, cütlük 9 ildir ki, evlidir.

Olqa Kuliyeva


  DİGƏR XƏBƏRLƏR