1,5 aylıq uşaq bu məktubla tərk edildi: “Bu uşaq Allahın sizə əmanətidir”

Türkiyənin Konya vilayətində 1,5 aylıq olduğu təxmin edilən oğlan uşağı bir evin qapısının önünə buraxılıb.
 
Moderator.az xəbər verir ki, ev sahibi gecə saatlarında evinə gələrkən qapının önündə bələyə bələnmiş bir uşaq görüb. Sözügedən şəxs uşağı evinə apardıqdan sonra polisə xəbər verib.
Hadisə yerinə gələn polis əməkdaşları uşağın üzərində “Adı Ümiddir. Bu sizin ümidinizdir. Allahın sizə əmanətidir. Öncə Allaha sonra sizə əmanətdir. Bu sizin uşağınızdır” şəklində məktub tapıb.
Xəstəxanaya aparılan uşağın vəziyyətinin yaxşı olduğu və uşaqlar evinə veriləcəyi bildirilib.

  DİGƏR XƏBƏRLƏR