ABŞ Rusiyanı müttəfiq hesab etmir

ABŞ Rusiyanı özünün müttəfiqi hesab etmir, amma İŞİD-lə mübarizədə ölkələrin maraqları üst-üstə düşür.

SalamNews-un Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obreyn NBC-yə müsahibəsində deyib.

“Bu əsasən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üçün keçirilən əməliyyat zamanı baş verdi. Rusiya ilə maraqlarımız kəsişəndə, onlarla işləməməyimiz üçün heç bir səbəb yoxdur”, o deyib.

Obreyn eyni zamanda Rusiyanı ABŞ üçün “ciddi təhdid” adlandırıb.

  DİGƏR XƏBƏRLƏR