Abşeronda müştərilərinə qarşı seksual hərəkətlər edən manyak saxlanılıb

Abşeron rayonunda Türkiyə vətəndaşı 2 yeniyetmə oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

“Report”un xəbərinə görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Belə ki, qəsəbə ərazisində bərbər işləyən Türkiyə vətəndaşı H.Derici salonda müştərisi 2006-cı il təvəllüdlü R.R və onun dostu, 2007-ci il təvəllüdlü O.M-ya qarşı seksual xarakterli hərəkətlər edib.

Yeniyetmələr hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı H.Derici saxlanılıb.

Araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR