Argentinada müxalifət prezident seçkilərində qalib gəldi

Argentina’s presidential candidate Alberto Fernandez gestures as he speaks during a closing campaign rally in Mar del Plata, Argentina October 24, 2019. REUTERS/Agustin Marcarian

Ötən gün Argentinada baş tutan prezident seçkilərinin nəticəsi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, artıq səslərin 91%-i hesablanıb. Müxalifət nümayəndəsi mərkəz sol koalisiyasının üzvü Alberto Fernandez 47,82% səs əldə edib və seçkinin qalibi olub. O, əsas rəqibi hazırkı prezident Maurisio Makrini üstələyə bilib. Sağ cinahı təmsil edən Makri 40,67% səs qazanıb.
Qeyd edək ki, A.Fernandez 10 dekabrda vəzifəsinin icrasına başlayacaq.

  DİGƏR XƏBƏRLƏR