Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya  0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10035351 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.
Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.

  DİGƏR XƏBƏRLƏR