Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də 65,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 60,53 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

  DİGƏR XƏBƏRLƏR