Azərbaycanda dörd günlük iş həftəsi tətbiq edilə bilər?

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda dörd günlük iş həftəsinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, nazir bildirib ki, qısaldılmış iş günləri kompleks məsələdir:

“Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər. Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. Dörd günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür.

Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əməkhaqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər”.

S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda dörd günlük iş həftəsinin tətbiqi gündəmdə deyil:

“Gələcəkdə istənilən məsələ kimi, bu da müzakirə oluna bilər”.

  DİGƏR XƏBƏRLƏR